Bu gün biz sizə Məktəbimizin müəllimi Arzu Məlikova və Türk müəllimi Hamza Evmez hocanın quruculuğunu etdiyi,həmçinin bizim ibtidai sinif müəllimimiz Kəmalə İsmayılzadə və şagirdlərinin qatıldığı beynəlxalq eTwinning layihəsi Education is Everywhere / Təhsil Hər Yerdə layihəsi haqqında danışacağıq.
Layihə haqqında:
Layihə Pandemiya dövründə-məcburi sosial məsafənin gətirdiyi Hibrid təhsilə uyğunlaşma müddətində,keyfiyyətli təhsilin əldə olunması üçün Hibrid təhsildə uşaqların həmyaşıdları ilə ünsiyyət qurmağını;Yeni proqramlar və yeni tətbiqlər sayəsində rəqəmsal mühitdə yenidən sosiallaşmalarını;Web2alətlərindən istifadə edərək əylənərək öyrətməyi və birgə öyrənməyi hədəfləyir. Hibrid təhsilə keçdiyimiz bu çətin dövrdə həm şagirdlərimizin təhsildən geri qalmaması,həm də onlara asudə vaxtlarını səmərəli keçirtmələri üçün düzgün əks-əlaqənin verilməsi olduqca vacibdir.Bu planlara uyğun olaraq əyləncəli təhsil fəaliyyətləri ilə şagirdlərimizə Web2.0 alətlərindən istifadə edərək tədris planına daxil olan fənləri öyrətməyi planlaşdırırıq.Layihənin bizim üçün ən vacib nəticəsi ortaqlarımızla birlikdə online təhsildən istifadəni ən təməldən ən yüksək səviyyəyə qədər yaxşılaşdıraraq şagirdlərimizə faydalı olmaqdır.Texnologiya ilə təhsil dahada əlçatan olur və bunun üstünlükləri Hibrid təhsildə görüləcək.